Qətlin icraçılarına nə qədər pul təklif edildiyi açıqlandı
Rusiya Istintaq Komitəsi Boris Nemtsovun qətli ilə bağlı təhqiqatı başa çatdırıb. Istintaqın versiyasına görə, 2014-cü il sentyabr ayının sonlarında Ruslan Muxudinov Beslan Şavanova, Zaur Dadayevə, Şədid və Anzor Qubaşevlərə, Temirlan Əsgərxanova və Həmzət Baxayevə Nemtsovu öldürməyi təklif edib. Bunun müqabilində o, icraçılara ən azı 15 milyon rubl təklif edib.
Nəticədə fevralin 27-də axşam saatlarında Dadayev Nemtsovu və onun rəfiqəsi Anna Duritskini izləyərək Böyük Moskvoretsk körpüsünün piyada keçidində siyasətçiyə azı 6 dəfə atəş açıb. Nemtsov aldığı güllə yarasından hadisə yerində keçinib. Sifariş icra olunduqdan sonra qatil hadisə yerindən uzaqlaşıb.
Zaur Dadayev, Şədid və Anzor Qubaşevlər, Temirlan Əsgərxanov və Həmzət Baxayev aparılan xüsusi əməliyyatlar nəticəsində saxlanılıb, Beslan Şavanov Qroznı şəhərində ələ keçməmək üçün özünü qumbara ilə partladıb. Qətlin sifarişçisi və təşkilatçısı hesab olunan Ruslan Muxudinov isə 2015-ci ilin noyabr ayından beynəlxalq axtarışdadır.