Neft, ABŞ ehtiyatlarındakı azalmanın səngiməsilə bağlı olaraq altıncı gündür ucuzlaşır. Bu, Fevral ayından bu yana görülən ən uzun azalma müddətidir.
Kanadada meşə yanğınlarının hasilatı azaltmasından sonra bu ay yenidən yüksəlməsi gözlənilir. Nigeriyada isə hərbiçilər hökumət ilə sülh danışıqlarının aparılmasına mülayim yanaşır. ABŞ-dan Çərşənbə günü verilən məlumata görə, neft ehtiyatları ard-arda dördüncü həftədə də cüzi düşərək 531.5 milyon barrel olub. Amma ehtiyatlar beş illik, mövsümi ortalamanın təxminən 33 faiz üzərində qalıb.
Neftin Fevral ayında görülən 12 ilin ən aşağı səviyyəsi ilə müqayisədə 80%-lik yüksəlişini, yüksək qiymətlərin daha çox istehsala təkan verəcəyi spekulyasiyası ilə sürət itirir. Hücumları ilə ölkənin neft hasilatını 27 ilin dib səviyyəsinə salan Nigeriyalı üsyançılar, ilk dəfə hökumət ilə gediləcək sülh danışıqlarını qiymətləndirdiklərini bildiriblər.
ABŞ nefti (WTI) 2% düşərək 47.35 dollar səviyyəsini, Brent nefti isə 2,7% düşərək 48,50 səviyyəsini görüb.
(marja)