İyunun 2-də Qərbi Ermənistanla Pəncab yığmaları arasında tanınmamış ölkələr arasında dünya çempionatı çərçivəsində keçirilən futbol oyunu zamanı futbolçular arasında dava düşüb. Hindistanlı futbolçu erməni Raffi Kayanı vurub. Bunda sonra komandalar arasında dava düşüb. Sakitlik yaratmaq üçün stadiona gələn Abxaziya polisinin əməkdaşları da davaya qoşulub. Polislər erməni futbolçularını döyüb və qollarını burub. Abxaziya KİV-ləri baş verənlərə görə günahı hadisə yerində olan daxili işlər nazirinin müavini Vyaçeslav Cugeliyanın üzərinə atır. Nazir müavini özü də erməni futbolçularının döyülməsində iştirak edib.
azadlıq.info