Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyameyilli qüvvələr arasında döyüşlər intensivləşib. Bu barədə danışan Ukrayna rəsmisi Andriy Lysenko deyib ki, mayın 28-də döyüşlər zamanı bir əsgər həlak olub.
Rusiyameyilli qüvvələr hökuməti günahlandırır ki, ordu atəşkəsi pozur.
Təmas xəttində monitorinq aparan ATƏT-in xüsusi missiyası da Donetskidə mayın 27-də atəşkəsin pozulmasını qeydə alıb.
Atəşkəs pozulmasının artdığı bir vaxtda Ukrayna prezidenti Petro Poroshenko NATO-nun keçmiş rəhbəri general Anders Fogh Rasmussen-ni özünün məsləhətçisi təyin edib.
Rasmussen mayın 28-də Facebook hesabında Ukraynanın şərqindəki vəziyyəti təhlükəsizlik baxımdan «həyacanlı» təsvir edib.
Russiya Dumasının üzvü Leonid Kalashnikov deyib ki, bununla Ukrayna öz münasibətlərinin Qərb və NATO ilə quracağını göstərməyə çalışır.
(azadliq.org)