Şəki Şəhər Məhkəməsinin qərarı ilə Samir Həsənova 15 sutka həbs cəzası verilib. Həbsin səbəbi açıqlanmır.
***
AXCP Gənclər Komitəsi Şəki şöbəsinin sədri Samir Həsənov saxlanılıb. Bu barədə partiyadan məlumat verilib. Məlumata görə, AXCP Şəki şöbəsinin fəalları mayın 28-də Cümhuriyyət Günü ilə əlaqədar şəhərin Şəhidlər Xiyabanını ziyarət edib. Lakin polislər ziyarətə müdaxilə edib və tədbiri pozmağa çalışıb. Samir Həsənov da bu zaman saxlanılıb.
Bundan başqa, AXCP Şəki şöbəsinin sədri İslam Həsənovun kamerasını zorla əlindən alıb, tədbirdən çəkdiyi kadrları siliblər. Yaranan mübahisə zamanı İslam Həsənovun səhhəti pisləşib və onu şəhər xəstəxanasına yerləşdiriblər.
Məsələni diqqətdə saxlamağa çalışacağıq.