Yeni MHP müxalifət və hakimiyyət üçün sürprizlər yarada bilər
Bu gün Türkiyədə məhkəmə MHP- nin növbədənkənar qurultay keçirməsi ilə bağlı iddiaları rəsmən qəbul etdi. Bu iddia Milliyətçi Hərəkat Partiyasının başkanlığına iddialarını açıqlayan Maral Akşenər və Ümid Özdağın tərəfdarlarına məxsus idi. Bir neçə aydır ki, bu partiyada qeyri- müəyyənlik və qarşıdurmalar ciddi xarakter almışdı. Nəhayət, qeyri- müəyyənliyə son qoyuldu və qurultay üçün rəsmi qərar məhkəmə tərəfindən tanındı. Gözlənildiyinə görə ən yaxın zamanda indiki başqan Devlet Bahçeli istefa verəcək. Bundan sonra isə qurultay partiyanın yeni başkanını seçəcək. Ehtimallara görə MHP başkanı olmaq üçün ən böyük şans Maral Akşenərə məxsusdur. Yeri gəlmişkən, Türkiyənin iyasi həyatına yaxından bələd olan ekspertlərin dediyinə görə, əgər Maral Akçenər MHP başkanı seçilərsə, o zaman ən yaxın seçkilərdə MHP- nin ikinci parlament partiyası olmaq şansları şübhə doğurmur. Maral Akşenərin MHP-sinə hətta AK partidən də qoşulanların olacağı, eləcə də indi partiyalaşmış kütlələrdən kənarda qalan bir çox çevrələrin də məhz, MHP- yə dəstək verəcəyi inandırıcı görünür. Bəzi eksertlər bildirirlər ki, əgər məhkəmə qurultay qərarına dəstək verməzdisə, oz aman Maral Akşenər öz partiyasını qurardı, MHP isə palamentdən kənarda qala bilərdi.
Gözlənilən MHP qurultayından sonra Türkiyənin siyasi həyatında çox böyük dəyişikliklərin olacağı istisna deyil.
Aydın Taş