AŞPA-da Azərbaycana dair müzakirə

stefan shennakBu gün Avropa Şurası Parlament Asambleyasının Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələrin keçiriləcəyi gözlənilir.

Qurumun Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Azərbaycana faktaraşdırıcı səfərinin yekunları ilə bağlı çıxış etməlidir.

Avstriyalı deputat Stefan Şennak AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi vəzifəsinə ötən il dekabrın 9-da təyin edilib.

O bu il aprelin 5-dən 9-na kimi Azərbaycanda səfərdə olub.

Stefan Şennak prezident İlham Əliyev və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşüb. O hazırda həbsdə olan Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıla da həbsxanada baş çəkmişdi.