Azərbaycandan Türkiyəyə gedən yük maşınında külli miqdarda narkotik vasitə aşkar edilib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Sivas şəhər jandarma əməliyyatçıları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Azərbaycandan İstanbul şəhərinə gedən yük maşını saxlanılıb. Maşında aparılan axtarış zamanı oradan dəyəri 5 milyon dollar təşkil edən 50 kiloqram narkotik vasitə aşkar edilib.
Faktla bağlı bir nəfər cinayət məsuliyyətinə cəlb edilib, araşdırmalar davam etdirilir.