“Mənim üçün Azərbaycanı Azərbaycandakı şouda təmsil etmək böyük məsuliyyətdir”
Bunu ölkəmizin Eurovision 2012-dəki təmsilçisi Səbinə Babayeva eurovision.az saytına müsahibəsində deyib.
Səbinə Babayeva Eurovision Mahnı Müsabiqəsinin Milli Seçim turunda 2008-ci ildən ardıcıl iştirak edib. Bu müddətdə heç vaxt ruhdan düşmədiyini deyən Səbinə Babayeva Azərbaycanı Eurovision Mahnı Müsabiqəsində təmsil etməyin ən böyük arzusu olduğunu bildirib.
Eurovision 2012-dəki təmsilçimizin eurovision.az saytı üçün ilk fotosessiyası keçirilib.
Fotosessiya zamanı çəkilmiş video kadrları və müsahibəni sizə təqdim edirik.