Zavodun 150 hektarlıq ərazisində Olimpiya şəhərciyi tikiləcək
Bu ilin may ayından etibarən ARDNŞ-in “Azərneftyağ” neft emalı zavodundan bir neçə istehsalat avadanlığının Heydər Əliyev Neft Emalı Zavoduna köçürülməsinə başlanacaq.
Bu barədə ARDNŞ-ın ekologiya məsələləri üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib(APA).
Onun sözlərinə görə, “Azərneftyağ”dan əsasən yağ, mazut və s. məhsulları istehsal edən avadanlıqlar köçürüləcək: “Gələcəkdə isə bu zavodun Ələtə – neft-qaz kimya kompleksinə köçürülməsi nəzərdə tutulub. Ümumiyyətlə, 2020-ci ilədək Bakının mərkəzindəki zavodların şəhərdən kənara köçürülməsi nəzərdə tutulub”. R.Hüseynzadə qeyd edib ki, Gənclər və Idman Nazirliyi “Azərneftyağ” zavodunun köçürülməsindən sonra boə qalacaq 150 hektar ərazidə Olimpiya şəhərciyi tikilməsini təklif edib.
Xatırladaq ki, Azərbaycan paytaxtı 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.