İstanbul 14. Ağır Cəza Məhkəməsi, Konstitusiya Məhkəməsinin qərarı ilə azad edilən jurnalistlər Can Dündar və Erdem Gül yenidən məhkəmə qarşısına çıxarılıb. Məhkəmə onlar haqqında yüngülləşdirici qərar qəbul edib. Qərara görə, dövlətin gizli sənədlərini nəşr etməkdə ittiham olunan Can Dündarın cəzası 5 il 10 aya, Erdem Gülün cəzası isə 5 ilə qədər yüngülləşdirilib.
Həbs olmayacaq
Haqlarındakı xaricə çıxmaq qadağaları qaldırılan hər iki jurnalist, azadlıqda qalmaqda davam edəcək.
Xatırladaq ki, Can Dündara 7 il, Erdəm Gülə isə 6 il həbs cəzası verilmişdi.
Aydın Taş