“ABŞ təyyarələri yaxınlığında təhlükəli manevr edən Rusiya təyyarələrini vurmaq lazımdır”. Bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa əsas iddiaçı Donald Tramp aprelin 29-da Baltik dənizi üzərində Rusiyaya məxsus Su-27 təyyarəsinin ABŞ Hava Qüvvələrinə məxsus kəşfiyyatçı-təyyarənin yaxınlığında manevrlər həyata keçirməsini şərh edərkən deyib. D.Tramp bunun “son çarə” kimi dəyərləndirilməsini istəyir. O qeyd edib ki, bu cür və ya oxşar hallarda ilk növbədə ABŞ və Rusiya prezidentləri bir-biri ilə əlaqə yaradıb münaqişənin həlli üçün diplomatik yol işləməlidir. D.Tramp Rusiyanın hərəkətlərini “zəhlətökən” adlandırıb. “Bu, ölkəmizə qarşı hörmətsizlik və Obamaya qarşı hörmətin olmamasının göstəricisidir”, – deyə o vurğulayıb.