Qurumun baş katibi bəyanatla çıxış edib
NATO Rusiyanın hərəkətlərinə güc və inandırıcı faktlarla reaksiya verməlidir. Bunu Die Welt nəşrinə və Avropa qəzetləri alyansı olan LENA-a (Leading European Newspaper Alliance) müsahibəsində qurumun baş katibi Yens Stoltenberq çıxış edib.
“Moskva Krımı işğal edib, Ukraynanın şərgində separatçıları dəstəkləməklə beynəlxalq hüququ pozur. Ona görə də biz alyansın şərg sərhədlərini genişləndiririk”, – deyə o qeyd edib. Onun sözlərinə görə, hazırda Baltik dövlətlərinin hər birinə və Polşaya beynəlxalq batalyonun göndərilməsi variantı müzakirə olunur. Bu qüvvələr rotasiya rejimində olacaq. Yekun qərar NATO üzvlərinin bu ilin iyul ayında Varşavada keçiriləcəyi sammiti ərəfəsində qəbul ediləcək.
Bu planlar NATO-Rusiya başlıca aktını pozmur, çünki əhəmiyyətli hərbi qüvvələrin gücləndirilməsini nəzərdə tutmur. Moskva əhəmiyyətli hərbi qüvə deyəndə NATO-ya üzv dövlətdə mindən artıq əsgərin olmasını nəzərdə tutur. Stoltenberq bu göstəriciyə çatmağa hələ çox qaldığını deyir.
azadlıq.info