Rusiya Türkiyədən gələn məhsullara qadağanı aradan qaldırmağa hazırlaşır
Rusiyanın Fitosanitariya və baytarlığa nəzarət xidməti – “Rosselxoznadzor” Türkiyənin kənd təsərrüfatı məhsullarına qoyulan qadağanı ləğv etməyə hazırdır. Bu barədə məlumat Rusiya mətbuatında yayılıb. Belə ki, “Rosselxoznadzor” türk məhsulları üçün embarqonu malın təhlükəsizliyinin zəmanəti şərti ilə ləğv edə biləcəyini bəyan edib.
Qurum ölkəyə gətirilən məhsulun Rusiya və Avrasiya Iqtisadi Ittifaqının qanunvericiliyiylə nəzərdə tutulmuş normalara və tələblərə uyğun zəmanətin verilməsi barədə türk tərəfinə xahişlə müraciət edib. Bu, Rusiyaya türk məhsullarının göndərilməsi ilə bağlı müvəqqəti məhdudiyyətlərin tətbiqindən qaçmağa icazə verəcək.
Qurumdan onu da bildiriblər ki, Türkiyə yaxın zamanlarda Rusiyaya çatdırılan məhsullarla bağlı qəbul edilən ölçülərin ətraflı təsvirini verəcək: “Bu materiallar Rusiya ekspertləri tərəfindən öyrəniləcək. Bundan sonra “Rosselxoznadzor” tərəfindən uyğun olan qərarlar qəbul ediləcək”.
“ÿRosselxoznadzor”un sədr müavini Aleksey Alekseyenko bildirib ki, Rusiya mallara qoyduğu qadağanı ləğv etdiyi kimi yeni məhsullara da qadağa qoya bilər.
Alekseyenko Türkiyə nümayəndələrinin gələn həftə Rusiyaya türk bitki məhsulunun göndərilməsi danışıqlarının müzakirəsi üçünÿ Moskvayaÿgələcəklərini bildirib: “Biz türkləri bura dəvət etdik, onlar bu səfərə razılaşdılar. Danışıqlar gələn həftə Moskvada reallaşacaq. Görüşlər zamanı laboratoriya yoxlamaları daxil olmaqla bitki məhsulunun çatdırılmalarının təhlükəsizliyinin təminat sistemi müzakirə olunacaq”.
Alekseyenko qeyd edib ki, türk istehsalçılarının “Rosselxoznadzor” mütəxəssisləri tərəfindən yoxlamalarının keçirilməsi məsələsi hələ müzakirə edilmirdi. Idarə başçısının köməkçisi həmçinin xatırladıb ki, “Rosselxoznadzor” türk bitki məhsulunun idxalına yeni məhdudiyyətlərin tətbiqi hüququnu özündə saxlayır və belə məhdudiyyətlərin tətbiqi istisna edilmir.
Xatırladaq ki, Suriya ilə sərhəddə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri soyuyub. Bundan sonra Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib. Rusiya xarici işlər naziri Sergey Lavrov sözlərinə görə, Türkiyə ilə vizasız recim 2016-cı il yanvarın 1-dən dayandırılır: “Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız recimi dayandırmağa qərar verib”.
Rusiya prezidenti ÿVladimir Putin ÿötən il noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Müvafiq qərar əsasən Rusiyada 2016-cı ilin yanvarın 1-dən Türkiyədən bir sıra kənd təsərrüfatı xammalı və ərzaqların gətirilməsinə qadağa qoyulub. Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır(anspress).
Qeyd edək ki, keçirdiyi son mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin müttəfiqlərinə hər zaman əl uzatmağa hazır olduqlarını bildirmişdi. Bu şərtlə ki həmin ölkələr də bunu istəmiş olsun.