Yevlax rayon sakini bədbəxt hadisənin qurbanı olub.
Rayon Prokurorluğundan verilən məlumata görə, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı-şəhər sakini, 1971-ci il təvəllüdlü Ələddin Seyfəddin oğlu Hacıyev Cırdaxan kəndindəki elektrik yarımstansiyasının yaxınlığında təmir işləri aparakən ehtiyatsızlıqdan yarımstansiyanın qadağan edilmiş ərazisinə girib. Ərazidən keçən yüksək gərginlikli cərəyan onu vurub. 45 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Mərhumun iki övladı var.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. (Anspress)