ABŞ prezidenti Barak Obamanın fikirlərinə görə Paris və Brüsseldəki terror hadisələri, ölkələrin təhlükəsizliyinin gücləndirilməsini gündəmə gətirdi.
“Bild” qəzetinə müsahibəsində Barak Obama İŞİD və Əl-Qaidə kimi terror təşkilatlarının Qərb üçün ciddi təhlükə mənbəyi olduğunu, radikal islamçılarla mübarizənin çətinliyini dilə gətirib.
Amerika prezidenti İŞİD-in məhv edilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.
O qeyd edib ki, İŞİD-in əraziləri getdikcə azalır.
Prezidnetin sözlərinə görə, terror və miqrant problemlərindən əlavə Avropa Rusiya aqressiyasına da məruz qalır.
“Rusiyanın Ukraynaya münasibəti bizim vahid, azad və dinc Avropa düşüncələrimizi alt-üst edir” deyə o vurğulayıb.
Ağ Ev başçısı qeyd edib ki, ABŞ və Almaniya yaxın müttəfiqlərdir və dünyada insanların təhlükəsizliyini, rifahını təmin edən tərəfdaş kimi qalırlar”