Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyada həbsdə olan ukraynalı pilot, millət vəkili, “Ukrayna qəhrəmanı” fəxri adına layiq görülmüş Nadejda Savçenko ilə telefonla danışıb. Bu barədə P. Poroşenko özünün “Facebook” səhifəsində yazıb. “Nadyadan anası Mariya İvanovna və bacısı Vera ilə birlikdə ondan aclıq aksiyasını dayandırmağı xahiş etdik. Sağ olsun, razılaşdı”, – deyə Poroşenko qeyd edib.
P. Poroşenko N. Savçenko ilə telefon əlaqəsi yarada bilməsindən çox xoşbəxt olduğunu və Savçenkoya bütün ölkənin onunla fəxr etdiyini çatdırdığını qeyd edib: “Ukrayna sənin mərdliyin və vətənpərvərliyinlə fəxr edir. Sən Ukraynanın simvoluna çevrilmisən”.
Prezident həbsdəki pilota onun azad olunması üçün atılan addımlar və Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı hda bildirib.
N. Savçenkonun vəkili pilotin aclığı dayandırdığını təsdiqləyib.