Dünyanın ən iri neft ixracatçılarının valyuta ehtiyatlarını gedərək artan bir sürətlə xərcləmələri, qiymətlərin dəstəklənməsi məqsədilə hasilatın dondurulmasına dair razılaşma əldə olunması ehtimalını artırır.
“Marja” xəbər verir ki, Bloomberg-in məlumatlarına görə, Dohada Bazar günü neft hasilatını dondurmaq məsələsini müzakirə edəcək 18 ölkə, 2014-cü ildə neft qiymətləri düşməyə başladığından bu yana valyuta ehtiyatlarının ümumi həcminin təxminən beşdə birini (315 milyard dollar) xərcləyiblər.
2015-in son rübündə bu ölkələrin valyuta ehtiyatları 54 milyard dollar azalıb, bu böhran başlayandan bu yana baş verən ən böyük rüblük azalma olub.