İspaniyanın sənaye, energetika və turizm naziri Xoes Manuel Soriya postundan istefa verib. İstefaya səbəb nazirin adının Panama sənədlərində hallanmasıdır. Soriya ofşor zonada yaradılan “Mossack Fonseca” şirkətinin sahibi olub.
Xatırladaq ki, beynəlxalq araşdırmaçı jurnalistləri sıralarında birləşdirən “OCCRP” təşkilatı Panamada yaradılan ofşor sənədləri üzə çıxarıb. Bununla bağlı, İslandiyanın baş naziri postundan istefa verib.