Vahid Məhərrəmov: «Müddəti başa çatmış gübrə və pestisidlərin təsərrüfatda istifadəsi qətiyyən yolverilməzdir»
Uzun müddətdir ki, fermerlər, kəndlilər istifadə etdikləri pestisidlərin və gübrələrin keyfiyyətsiz olduğunu deyirlər. Xüsusən, güzəştli şərtlərlə fermerlərə təklif olunan gübrələrin təsiredici qüvvəsinin zəif olduğu bildirilir. Bununla yanaşı, bir çox hallarda fermerlərə istifadə müddəti başa çatmış gübrə və pestisidlər də satılır.
Əlbəttə, müddəti başa çatmış gübrə və pestisidlərin təsərrüfatda istifadəsi qətiyyən yolverilməzdir. Bunun zərərindən bəhs edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli müddəti başa çatmış kimyəvi preparatların və gübrələrin torpağa, bitkiyə və ətraf mühitə zərərindən başqa heç bir faydası olmadığını söyləyir:
“Əldə olunan məlumata əsasən,ÿBeyləqan rayonunda kəndliləri, fermerləri aldadıb istifadə müddəti 4 il əvvəl bitmiş, yararsız hala düşmüş herbisid satıblar. Bu herbisidi zibilliyə də atmaq təhlükəlidir. Hökumət məmurlarınin vasitəçiliyi ilə istifadə müddəti bitmiş herbisidin pambıq istehsalçılarına əvvəlki dəyərindən də baha qiymətə satıldığı bildirilir”.
Sosial şöbə
Redaksiyadan: Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məsələylə bağlı söyləyir ki, hansısa problem yaranan kimi, fermerlər nazirliyin “qaynar xətt”inə müraciət etsinlər:
“Onlar vaxtı keçən məhsulları hardan və kimdən aldıqları barədə məlumat versinlər. Bizim ”qaynar xətt”imiz gün ərzində fəaliyyət göstərir və ora verilən məlumatlar operativ araşdırılır. Orda bizim mütəxəssislər çalışır və problemin araşdırılmasında hansısa maneçilik yoxdur”.