Venesuelanın keçmiş prezidenti Uqo Çaves falçıların xidmətindən istifadə edib və hakimiyyəti əlində saxlamaq üçün mütamadi olaraq onlara müraciət edib. Bu məlumatı jurnalist David Plaserin “Çavesin cadugarları” kitabına istinadən İspaniyanın El Mundo nəşri yayıb.
Hələ gənc yaşlarında “falçı Kristina” Çavesə deyib ki, o ağır xəstəliyə duçar olacaq və 60 yaşına çatmadan öləcək. Bundan sonra Çaves falçılıqla maraqlanmağa başlayır.
Çavesin sevgilisinin bacısı olan Kristina ona hakimiyyətə gələcəyini, lakin buna qədər həbs ediləcəyini də demişdi.
Çaves caduğarlıqdan hətta hakimiyyəti əlində saxlamaq üçün də istifadə edib. keçmiş prezidentin yaxınları da bunu təsdiqləyib.
“Çavesin cadugarları” kitabında o da qeyd olunur ki, Çaves hakimiyyətinin əbədi olması üçün Kristina ilə birgə ayinlər icra edib. Hazırda Venesualadakı cadugarlar bu lənəti götürməyə çalışır. Onlar əmindir ki, Çaves rejimi ilə təkcə siyasi səhnədə deyil, eyni zamanda cadu ilə də mübarizə aparmaq lazımdır.
azadlıq.info