Liviyanın keçmiş diktatoru Müammar Qəddafi ölümündən bir qədər əvvəl kömək üçün İsrailə müraciət edib. O İsraildən rəhbərlik etdiyi rejimə qarşı hərbi əməliyyatların dayandırılması üçün ABŞ və Fransaya təzyiq göstərməyə xahiş edib. Qəddafi xəbərdarlıq edib ki, onun devrilməyi Liviyada və Avropada stabilliyin pozulmasına gətirib çıxaracaq. Lakin İsrail tərəfi onun xahişini cavabsız qoyub. Bir neçə ay sonra isə Liviya diktatoru üsyançılar tərəfindən edam edilib.
azadlıq.info