Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik neft hasilatı, martda əvvəlki ayla müqayisədə 15 min barel artaraq 32,2 milyon barelə yüksəlib.
OPEC-in mart ayına dair “Neft Bazarı Hesabatına” görə, bu il üçün qlobal neft tələbi keçən illə müqayisədə 1,2 milyon artımla, gündəlik 94,2 milyon barrel olacaq. Keçənilki qlobal neft tələbi, gündəlik 93 milyon barrel olaraq reallaşmışdı.
Qlobal neft hasilatında OPEC-in payı 33,7% ilə sabit qalıb.
OPEC-in hasilatında, xam neft hasilatı ən çox İraq, İran və Anqolada artıb, Birləşmiş Ərəb Əmirlikləri, Liviya və Nigeriyada azalıb. İranın neft hasilatı gündəlik 3,2 milyon barrelə çıxarkən, İraqda istehsal 4,1 milyona, Anqolada 1,7 milyon barrelə çatıb. Birləşmiş Ərəb Əmirliklərində neft hasilatı gündəlik 2,6 milyon barrelə enib.
OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanının neft hasilatı 10,1 milyon barrellə martda əvvəlki ayla müqayisədə dəyişməyib.
Martda qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 170 min artımla 95,68 milyon barelə çatıb.