Novruz Kərimov və Faiq Qəniyev onlarla günahsız vətəndaşa qanunsuz hökm oxuyub
Eldar Mahmudovun “vurulması” və milli təhlükəsizlik nazirliyindəki cinayətkar şəbəkəsi ifşa olunsa da lakin onun başqa hakimiyyət orqanlarındakı şəbəkəsi qalmaqdadır. Ayrı-ayrı nazirliklərdə yüksək vəzifəlilərə “verbovka” edib, özünə işlədən Eldar Mahmudov ölkənin məhkəmə sisteminə də yol tapıb. Belə ki, vaxtilə milli təhlükəsizlik nazirliyində çalışan bəzi müstəntiqləri sonradan məhkəmə sisteminə yerdib. Bu şəxslər arasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Novruz Kərimov və Faiq Qəniyev var. MTN tərəfindən saxta və qurama ittihamlarla həbs edilən günahsız vətəndaşlara hökmləri məhz Eldar Mahmudovun “hakimləri” verib.
MTN tərəfindən saxta ittihamlarla şərlənən jurnalist-hüquq müdafiəçisi Pərviz Həşimliyə də hökmü məhz Novruz Kərimov verib. Xatırladaq ki, uzun illər MTN-də müstəntiq kimi çalışan Novruz Kərimov “Talışı Səda” qəzetinin baş redaktoru Novruzəli Məmmədova işgəncələr verib.
Eldar Mahmudovun digər “hakimi” Faiq Qəniyev isə AXCP sədrinin qaynı Elnur Seyidova qurama cinayət işi açan müstəntiq olub. Hətta Elnur Seyidovun iş otağında yoxlama aparan hakim ona məxsus qiymətli saatı götürsə də, onu protokola daxil etməyib. Faktiki olaraq iElnur Seyidovun saatı ortalıqda yoxdur.
İndiyədək onlarla günahsız vətəndaşa MTN-nin sifarişi ilə hökm oxuyan bu hakimlər nədənsə yenə də öz yerlərində qalıb. Bu isə onu deməyə əsas verir ki, Eldar Mahmudovun “vurulması” onun cinayətkar əməlləri ilə bağlı deyil. Əgər belə olsaydı, MTN-nin sabiq şefinin başqa strukturlardakı şəbəkəsi də sıradan çıxarılardı.
Azad