Vladimir Leninin cəsədinin Mavzoleydə saxlanması 2016-cı ildə Rusiyaya 13 milyon rubla başa gələcək.
Bu barədə aprelin 12-də “goszakup.gov” saytı məlumat yayıb.
Leninin cəsədinin saxlanması ilə dərman və ətirli bitkilər üzrə elmi-tədqiqat institutu məşğuldur.
Sifarişçi isə Federal Mühavizə Xidmətidir.
Leninin cəsədi Qızıl meydandakı mavzoleydə 1924-cü ildən saxlanılır.