Problemli kreditlər artıb

manat1Ödəmə vaxtı keçmiş kreditlər yenidən artıb.

Mərkəzi Bank xəbər verir ki, 01 Mart 2016-cı il tarixinə banklarda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 329,5 milyon manata qalxıb. Bu, məbləğ Fevral ayının əvvəli ilə müqayisədə 14,9 milyon manat çoxdur.

Vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 6,2%-dən 6,5%-ə yüksəlib.

Fevral ayında kredit qoyuluşları 872,1 milyon manat və ya 4,1% azalaraq 20 milyard 327,4 milyon manata düşüb.

XARİCİ VALYUTADA KREDİT QOYULUŞLARI AZALIB

Kreditlərin 10 milyard 85,6 milyon manatı milli valyutada, 10 milyard 241,8 milyon manatı xarici valyutada verilib.  Fevralda milli valyutada verilən klreditlər 102,6 milyon manat azalarkən, xarici valyutada verilmiş kreditlər 769,1 milyon manat azalıb.

MİLLİ VALYUTADA VERİLMİŞ KREDİTLƏR DAHA ÇOX “BATIB”

Milli valyutada verilmiş kreditlərin 671,9 milyon manatının, xarici valyutada verilmiş kreditlərin isə 657,6 milyon manatının ödəmə vaxtı keçib.

DÖVLƏT BANKLARI BAZARIN 35%-NƏ NƏZARƏT EDİR

Kreditlərin 7 milyard 170,1 milyon manatı (35,3%-i) dövlət bankları, 12 milyard 561,8 milyon manatı (61,8%-i) özəl banklar, 595,5 milyon manatı (2,9%-i) aeyri-bank kredit tərəfindən verilib.