Suriyadan atılan top mərmisi Türkiyədə bir otelə düşüb. Bu gün saat 16:40 radələrində Suriyadan atılan top mərmisinin Kilisdə bir otelin 4-cü mərtəbəsinə düşməsi nəticəsində otelin pəncərələrinin şüşələri sınıb.
Polis olayla bağlı araşdırmaya başlayıb. Top mərmisinin otelə düşməsi nəticəsində ölən və yaralanan olmayıb. (APA)