Bir neçə gün öncə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Nurlana Əliyevanın vəzifəsindən azad olunaraq təhsil naziri Mikayıl Cabbarovun müşaviri təyin edilməsi haqda məlumat vermişdik. Artıq Pedaqoji Kollecə yeni direktor təyinatı olub. Bu vəzifəyə Təhsil Problemləri İnstitutunun drektoru Qulu Novruzov təyin olunub.
Xatırladaq ki, Qulu Novruzov keçmiş təhsil naziri Misir Mərdanovun müavini olub. Mikayıl Cabbarov nazir təyin olunanadan qısa müddət sonra Qulu Novruzov vəzifəsindən azad olunaraq Təhsil Problemləri İnstitutuna direktor vəzifəsinə təyin olunmuşdu.
azadliq.info