Aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində gedən döyüşlər bir sıra xarici medianın diqqət mərkəzində oldu. Qardaş Türkiyənin Halk TV kanalı da baş verənlərə diqqətlə yanaşıb və bununla bağlı canlı proqramlarından birində ard-arda məlumatlar verib. Telekanal aprelin 5-də döyüşlərin nəticəsi barədə AXCP lideri Əli Kərimlinin fikirlərini öyrənib. Aprlein 6-da isə Azadlıq qəzetinin Ankara təmsilçisi Aydın Taşla əlaqə saxlayaraq Azərbaycanın Ermənistanla atəşkəs razılaşmasına şərh alıb. Proqramlardan hər iki hissənin videoyazısını təqdim edirik.