Müxalifət istefa və növbədənkənar seçki tələb edir
Offşorlarla bağlı açıqlanan “Panama sənədləri”ndə Islandiya baş naziri Siqmyundyur David Qyunnleyqssonun da adı keçir.
Məlumata görə, offşor zonada fəaliyyət göstərən “Wintris” şirkəti baş nazirə məxsusdur.
Dünən SVT kanalına müsahibə verən Qyunnleyqsson bu barədə sualı eşidən kimi söhbəti dayandıraraq çəkiliş otağını tərk edib.
“Siz burada nə etməyə çalışırsız? Etdiyiniz məntiqsizdir”, – deyə suala etiraz edən baş nazirÿ bildirib ki, şirkət Irlandiyanın vergi xidməti tərəfindən yoxlanılıb və ÿbu barədə əlavə heç nə danışmaq istəmir.ÿ
Daha sonra mətbuata açıqlamasında o, “Panama sənədləri”nə görə baş nazir postundan getmək fikrində olmadığını bildirib. Dediyinə görə, məlum araşdırma yazısında yeni heç nə ortaya qoyulmayıb.
Baş nazir hesab edir ki, hökuməti kifayət qədər yaxşı nəticələr göstərir və o, başladığı işi tamamlamaq niyyətindədir.
Islandiya müxalifəti isə Qyunnleyqssonun istefasını və ölkədə növbədənkənar seçkilərin keçirilməsini tələb edir. Artıq 9 min fəal müxalifətin “Facebook”dakı mitinq çağırışına dəstək verib. Fəallar korrupsiyada ittiham olunan baş nazirin hökumətinə etimadsızlıq göstərilməsini tələb edirlər.
Islandiya parlamentində 63 deputat yerindən 38-i hakim partiyanın payına düşür. Əhalisinin sayı 330 min olan Islandiyada dünən 23 min nəfər baş nazirini istefası ilə bağlı petisiyanı imzalayıb.
Gültəkin