Ukrayna prezidenti Pyotr Poroşenko baş prokuror Viktor Şokini vəzifəsindən azad edib. Bu barədə Poroşenko Ukrayna telekanallarına müsahibəsində deyib. Şokinin vəzifəsindən azad edilməsi ilə bağlı Ali Radada qəbul edilən sənəd prezidentə bu həftənin ikinci günü təqdim olunub. Poroşenko aprelin 3-də onun işdən çıxarılması ilə bağlı qərar verib.