Sumqayıtda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə olunub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında elektrik sayğacları və 0,5 p.m kabel yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürüb.