Sürücülərə alternativ yollardan istifadə tövsiyə olunur.
Bakının mərkəzində daha bir yolda hərəkət dayandırılır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ans-ə verilən məlumata görə, bu ilin iyun ayında Bakı şəhərində keçiriləcək “Formula 1” yarışına hazırlıq işləri ilə əlaqədar olaraq bu dəfə Neftçilər prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Əziz Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun 3 zolağında və Əziz Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bu səbəbdən Yusif Səfərov, Neftçilər və Üzeyir Hacıbəyov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Məlum olduğu kimi, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.
Bakıda “Formula 1” iyunun 17-19-da olacaq.