Ukraynada prezidentinin saytında yerləşdirilən petisiyada ölkənin adının dəyişdirilməsi istənilir. Petisiya müəllifləri Ukraynanın adının Kiyev Rusiyası adlandırılmasını istəyir.
“Ölkəmizin tarixi adını qaytarmalıyıq ki, kimsə bizim heç vaxt müstəqil olmadığımızı deməsin”, – deyə qeyd olunur. Martın 30-da qeydiyyata alınan petisiyaya artıq 80 nəfər imza verib.
Ukrayna prezidentinin məsələyə baxması üçün 3 aya 25 min nəfərin imzası lazımdır.
azadlıq.info