Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda vəkil Adəm Məmmədov vəsatətlə çıxış edib. Vəkil Rasim Əliyevin anası Teyfurə Əliyeva və Cavid Hüseynovun anası Xalidə Hacıyevanın ötən proseslərə iştirak etdiklərini qeyd edərək onların adlarının şahidlər siyahısından çıxarılmasını istəyib.
Hakim isə bunun sənədlərə sübut olunmasının vacib olduğunu deyib.
Vəkil sənədləri məhkəməyə təqdim edəcəyini bildirib.
Proses aprelin 6-dək təxirə salınıb.