ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizədə aparan Donald Trampın seçki qərargahının rəhbəri Kori Livandovski Florida ştatında həbs olunub. Bu barədə Reuters məlumat yayıb. Livandovski Breitbart nəşrinin qadın əməkdaşına qarşı güc tətbiq etməkdə günahlandırılır. Livandovski martın 8-də Trampın seçicilərlə görüşü zamanı Mişel Filds adlı jurnalistin əlindən sərt şəkildə tutub.
Tramp isə Livandovskinin günahsız olduğunu bəyan edib.