Saatlının keçmiş hərbi komissarı Ilqar Atayev həbsxanada dünyasını dəyişib. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, hadisə dünən baş verib. Məlumatda bildirilir ki, Ilqar Atayev 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirmiş. Onun ölümünün səbəbləri bəlli deyil.
Qeyd edək ki, Ilqar Atayev 2012-ci ildə həbs olunub. O, rüşvət almaqda təqsirli bilinirdi.