Qadir İbrahimli: «Biznes mühiti qənaətbəxş olmayan ölkəyə iri həcmdə investisiya 1yatırmaq mümkün deyil»
2016-cı ildə ölkə iqtisadiyyatına 19,9 milyard manat investisiyanın yönəldiləcəyi proqnozlaşdırılır. Maliyyə Nazirliyindən bildirilib ki, daxili investisiyaların ümumi investisiyalardakı xüsusi çəkisi 34,8 faiz, xarici investisiyların payı isə 65,2 faiz həddində gözlənilir.
Cəlb edilən investisiyaların 40,3 faizinin qeyri neft sektoruna yönəldilməsi proqnozlaşdırılır. 2016-cı ildə dövlət investisiyaları 6,5 milyard manat olmaqla, ümumi investisiyaların 32,7 faizini təşkil edəcək.
Keçən il baş verən devalvasiya prosesi iqtisadiyyatın bütün sahələrinə zərbə vurmaqla yadda qalıb. Neftin dünya bazarında qiymətdən düşməsi iqtisadi böhrana rəvac verib. Artıq Azərbaycanda qeyri-neft sektorunun inkişafının qaçılmaz olduğunu hökumət də nəhayət, dərk etməyə başlayıb. Lakin bu sahədə hələləik ciddi və nəzərəçarpacaq bir iş görülmür. Bunun əksinə, rəsmi tərəf ölkə iqtisadiyyatına 20 milyarda yaxın investisiya yönəldəcəyi xəbərini verir. Maraqlıdır, bu qədər vəsait hansı mənbənin hesabına və necə qoyulacaq?
Iqtisadçı-ekspert Qadir Ibrahimli deyir ki, əslində bu barədə heç bir rəsmi və ya qeyri rəsmi açıqlama yoxdur. Ekspert qeyri-neft sektoruna yaxın vaxt ərzində 20 milyard manat investisiya yatırılmasının mümkün olmayacağını, buna inanmadığını vurğulayır: “Çünki ölkədə biznes mühiti qənaətbəxş deyil. Biznes mühiti qənaətbəxş olmayan ölkəyə bu həddə, iri həcmdə investisiya yatırmaq da mümkün deyil”.
Nigar