Rusiya xüsusi təyinatlılarının daha bir zabiti Suriyanın Palmira şəhəri yaxınlığında aparılan hərbi əməliyyat nəticəsində öldürülüb. Bu barədə “Interfaks” məlumat yayıb.
Zabitin nə vaxt öldüyü açıqlanmır. Mənbənin məlumatına görə, zabit ötən həftə hərbi tapşırıqları yerinə yetirirdi.
Rusiyanın Suriyada hərbi əməliyyatlar apardığı 5 ay ərzində yeddi hərbçisi ölüb.
azadlıq.info