Özünü “İslam Dövləti” (İD) adlandıran qrupun ikinci komandiri Suriyada hərbi əməliyyat zamanı “öldürülüb”, ABŞ mediası yazır.
Hacı İmam kimi tanınan İraq vətəndaşı Abdul Rəhman Mustafa əl-Qaduli cümə axşamı günü ABŞ-ın xüsusi qüvvələrinin reydi zamanı öldürülüb, rəsmilər NBC Xəbərə deyib.
ABŞ Müdafiə Katibi Ash Carterin bu məlumatı təsdiqləməsi və əlavə detallar verməsi gözlənilir.
ABŞ höküməti Qadulinin öldürülməsi üçün 7 milyon dollar mükafat təyib edib.
Ötən gün ABŞ-ın xüsusi əməliyyat qüvvələri helikopterlə Suriyaya eniblər, rəsmilər bildirib. Qadulinin avtomobilinin keçdiyi yolda keşik çəkən əməliyyatçılar üsyançının qabağını kəsib. Qadulini canlı tutmağa cəhdlər edilsə də, vəziyyət gərginləşib, o və maşındakı əlavə 3 nəfər öldürülüb.
Türkmən əsilli Qaduli İraqın Mosul şəhərində 1957 və ya 1959-cü ildə doğulub. Bu şəhər 2014-cü ildən bəri İD-in nəzarətindədir. (BBC azeri)