Nemət Əliyev: «Buna səbəb bayram günlərində dollara olan tələbatın qarşılıqsız qalmasıdır»
Ilin əvvəlindən Dövlət Neft Fondu daxili bazarda Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə banklara 1 milyard 145 milyon 600 min dollar satıb. Neft Fondu yanvarda 600 milyon dollar, fevralda 177,5 milyon dollar, martda isəÿ368,1 milyon dollar satıb.
Həmçinin Mərkəzi Bank hərraclar vasitəsilə valyuta ehtiyatlarından 990,4 milyon dollar satıb. Ötən ilin sonundaÿ 5 milyard 16,7 milyon dollar olmuş valyuta ehtiyatları Fevralın sonunda ÿ4 milyard 26.3 milyon dollara düşüb.
Bu ilin ötən dövründə hərraclar vasitəsilə banklara cəmi 2 milyard 136 milyon dollar satılb.
Azərbaycan Republikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildə manatla öhdəlikləri dövlət büdcəsinə transfer və digər öz xərcləri ilə birlikdə 8 milyard manata (4,9 milyard dollar) yaxındır. Bu halda Fond hər ay hərraca orta hesabla 400 milyon dollar çıxarda bilər.ÿNəzərə alınmalıdır ki, artıq Neft Fondu ötən 2,5 ayda həracda təxminən 1,1 milyard dollar valyuta satıb.
Mərkəzi Bankın 4 milyard valyuta ehtiyatları daxil, Neft Fondu və Mərkəzi Bank birlikdə bu il hərraca 8,9 milyard dollara yaxın vəsait çıxardıla bilər. Bu da hər ay hərraca orta hesabla 740 milyon doların çıxardılması deməkdir. Dollara aylıq təlabatın isə 1 milyard dollardan çox olacağı proqnozlaşdırılır.
Artıq neçə gündür ki, banklar bayramla əlaqədar olaraq fəaliyyətlərini dayandırıblar. Bu bayram günlərində ölkəyə gələn turistlərin valyutanı manata çevirməsində ciddi problem yaradıb. Martın 28-də rəsmi iş günüdür. Səkkiz günlük tətildən sonra dolların manata nisbətdə kursu necə ola bilər? Son günlər manatın məzənnəsinin möhkəmlənməsi bir sıra suallar yaradır. Bir sıra ekspertlərin fikrincə manat süni şəkildə, inzibati yol ilə möhkəmləndirilib və bayram günlərindən sonra əvvəlki kursu saxlamaq elə də asan olmayacaq.
Iqtisadçı Nemət Əliyevin fikrincə, bayram günlərində daxili bazarın xarici valyutaya olan tələbatı ödənilməyib. Bura həm əhalinin xırda ehtiyaclarını, gündəlik alış-verişini təmin etmək üçün tələb olunan valyuta, həm də xarici ölkələrdən Azərbaycana mal gətirilməsi ilə məşğul olan idxal sahibkarlarının ehtiyacları daxildir. N.Əliyevin sözlərinə görə, əhali ilə müqayisədə xarici ölkələrə mal qarşılığında olan borcların ödənilməsi daha böyükdür: “Bayram günlərində dollara olan tələbat ödənilmədiyinə görə, borclular da sahibkarlardan borclarının ödənilməsini tələb edəcək. Təbii ki, bu xarici valyutaya olan tələbatı əhəmiyyətli dərəcədə artıracaqdır. Bu hesabla götürəndə Mərkəzi Bank diqqətli olmalıdır ki, daxili bazarın sabitliyini qoruyub saxlamaq naminə xarici valyutaya olan ehtiyacları ödəsin”.
Xarici valyutaya tələbin artmasının onun kursunun bahalaşmasına səbəb olacağını deyən N.Əliyev vurğuladı ki, dollara tələbatın artması isə manatın növbəti dəfə dəyərdən düşməsinə səbəb ola bilər: “Bəs bu baş verəcəkmi? Bu Mərkəzi Bankın, hökumətin məsələyə münasibətindən asılıdır. Xarici valyutanın manata nisbətdə məzənnəsi tələb və təklif əsasında tənzimlənmir. Iş gününün başlanğıcından xarici valyutaya tələbat artacaqdır. Bu isə o deməkdir ki, xarici valyuta bahalaşmalı, milli valyuta isə dəyərini itirməlidir”.
Xəyal