Telman Ismayılov Ramzan Kadırovun köməyilə yenidən Rusiyaya pul yatırmağa başlayır
“Kommersant” qəzetinin yazdığına görə, Rusiyaın Kabardino-Balkariya respublikasının prezidenti Arsen Kanokovun sərəncamı ilə Elbrus dağı ətəyində möhtəşəm istirahət komleksi tikilməyə başlayır.
Eyni zamanda Şimali Qafqazda daha bir neçə kurort kompleksi tikmək barədə razılıq əldə edilib. Bunlar Matlase (Dağıstan, Mamisone (Şimali Osetiya), Arxız (Karaçaevo-Çerkesiya), Laqo-Naki (Adıqeya) və yuxarıda adını qeyd etdiyimiz Elbrusdur. Bütün layihənin ümumi qiyməti 1 milyard yarım dollardır.
Rus KIV-nin yazdığına görə, artıq layihəyə xarici investorlar da maraq göstərməyə başlayıblar. Məsələn, hazırda Türkiyədə yaşayayn və rəsmi Kremllə münasibətləri o qədər də sıcaq olmayan Telman Ismayılov Çeçenistan prezidenti vasitəsilə layihədə iştirak emək niyyətində olduğunu bildirib. O, bu layihəyə 400 milyon dollar yatırım ayırmağa hazır olduğunu bildirib.
Mürsəl