Novruz Məmmədov: «Avropa Birliyi ilə münasibətlər normaldı»
Ekspertlərə görə, AB-Azərbaycan münasibətlərinin yaxşılaşması insan hüquq və azadlıqları sahəsindəki vəziyyətdən asılıdır
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov APA-ya deyib ki, Avropa Birliyi ilə münasibətlər normaldı. Azərbaycan istəyir ki, münasibətlər bərabərhüquqlu, ədalətli olsun: “Şükür ki, son zamanlar bu istiqamətdə Azərbaycanla Avropa Birliyi arasında anlaşma var. Son illər gedən prosesin nəticəsi olaraq, ən azı Şərq Tərəfdaşlığına üzv olan dövlətlərin içərisində hərə öz yolunu seçdi”. N.Məmmədov əlavə edib ki, Azərbaycanla Avropa Birliyi arasında müəyyənÿ əməkdaşlıq əlaqələrinin inkişafını özündə əks etdirən bir sənəd üzərində iş gedir: “Düşünürəm ki, müəyyən bir zamanda bu həyata keçiriləcək və Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığın gələcəyini təmin edəcək.ÿArtıq mənim buna şübhəm yoxdur. Çünki az əvvəl Avropaÿ Birliyininÿ xarici siyasət və enerji məsələləri üzrə komissarları ölkəmizə gəldilər və münasibətlərin mahiyyəti ilə bağlı öz mövqelərini ortaya qoydular. Təkcə söz və bəyanatlar deyil, ”Cənub Qaz Dəhlizi” ilə bağlı atılan addımlar da bunu göstərir. Azərbaycanın Qərblə münasibətlərində müəyyən məsələlər olub, bu gün bu məsələlərin hamısı aradan qalxmaq üzrədir”.
Bundan başqa, N.Məmmədov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberinin də Azərbaycana səfərini münasibətlərin normallaşması kimi təqdim edib.
Bir sözlə, hakimiyyət AB təmsilçilərinin Azərbaycana baş tutan səfərlərini münasibətlərin normallaşması kimi qələmə verir. Bəs bu cür yanaşma nə dərəcədə düzgündür? Qərbdən gələn siyasi və iqtisadi islahatları gerçəkləşdirmədən, insan haqlarına hörmət etmədən münasibətlərin normalaşması mümkündürmü?
Ekspertlərin fikrincə, N.Məmmədovun bu bəyanatının nəyə əsaslandığını düşünmək çox çətindir. Son illər ərzində Avropa Birliyi ilə Azərbaycan arasında kifayət qədər ciddi problemlər yaranıb. Bu problemlərin bir-iki görüş və səfərlə həll olunması qətiyyən mümkün deyil. Avropa Birliyi üçün qarşılıqlı münasibətlərdə böyük əhəmiyyət kəsb edən məsələlərin həllində heç bir ciddi irəliləyiş yoxdur. 2015-ci il sentyabrın 10-da Avropa Parlamenti Azərbaycan hakimiyyətinin son illərdə apardığı repressiya siyasətini kəskin tənqid edən qətnamə qəbul etmişdi. Ötən müddət ərzində Azərbaycan hakimiyyəti Avropa Birliyinin tələblərini yerinə yetirməmişdir. Ölkədə yaranmış ağır iqtisadi-sosial vəziyyət hakimiyyəti AB ilə münasibətləri yalnız müəyyən sahələrdə yaxşılaşdırma yolu ilə böyük enerji layihələri üçün vəsait əldə etməyə sövq edir. Hakimiyyət Azərbaycan-AB münasibətləri ilə bağlı gerçək vəziyyəti əks etdirməyən bəyanatlar versə də, bu münasibətlərin yaxşılaşması insan hüquq və azadlıqları sahəsində vəziyyətin kəskin dəyişməsindən asılıdır.
Xəyal