ABŞ Mərkəzi Bankının (Fed) Açıq Bazar Komitəsinin iclası başa çatıb.
Gözlənildiyi kimi Fed faizi artırmadı. Faizlər 0.25- 0.50% arasında sabit saxlanılıb.
Qeyd edək ki, Fed ötən ilin dekabr ayında faizləri artıraraq 0.25-0,50% aralığında müəyyən etmiş, yanvar toplantısında isə qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlikləri əsas götürərək faizə toxunmamışdı.
Yaxın dəqiqələrdə Fed sədri Janet Yellenin mətbuat konfransı başlayacaq.