Birləşmiş Millətlər Təşkilatı qurumun xoşməramlı səfiri olan rusiyalı tennisçi Mariya Şarapova ilə əməkdaşlığa xitam vermək qərarına gəlib.
Bu barədə “The Guardian” nəşri məlumat yayıb.
“BMT-nin İnkişaf Proqramı işində verdiyi dəstəyə görə Şarapovaya minnətdardır. Eyni zamanda son hadisələr fonunda Şarapova ilə əməkdaşlığın dayandırılması və istintaq müddətində planlaşdırılan tədbirlərin ləğvi barədə qərar qəbul etmişik”, – deyə qurumun bəyanatında qeyd edilir.
Xatırladaq ki, yoxsulluqla mübarizə və sosial qeyri-bərabərliklə bağlı tədbirlərdə iştirak edən tennisçinin qanında qadağan edilmiş preparat – meldonium aşkarlanıb. “Porshce”, İsveçrə saat firması TAG Heuer və NİKE kimi məşhur brendlər də Şarapova ilə əməkdaşlığı dayandırıblar.