Amerika dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Erik Rubin yanvarın 18-də Bakıya gələcək. Səfər zamanı ikitərəfli münasibətlər müzakirə ediləcək.
Bu barədə “Turan”a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. E.Rubin səfər çərçivəsində yanvarın 18-19-da Azərbaycanın dövlət rəsmiləri, parlament nümayəndələri, vətəndaş cəmiyyəti və siyasi partiyaların təmsilçiləri ilə görüşlər keçirəcək.