Martın 13-də Ankarada törədilən terrordan dərhal sonra Türkiyə hərbi hava qüvvələri sərhəddən kənarda, Qəndil dağlarında PKK-ya məxsus mövqeləri bombalamağa başlayıb. Hava zərbələri yerli vaxtla 03.20-dən 05.30-a qədər davam edib.
Türk şahinləri atdıqları bombaların üzərində PKK-ya mənalı mesajlar da yollayıblar. Sosial şəbəkələrdə yayılan şəkillərdən də göründüyü kimi, PKK mövqelərinə atılan bombaların üzərində “Ankara şəhidlərimizin adından” və “Qınamırıq, vururuq” şüarları yazılıb.