Əhali banklardan əmanətlərini geri götürməkdə davam edir.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 04.02.2016-cı il tarixinə banklarda əhalinin əmanətləri 8 milyard 643,3 milyon manat təşkil edib. Bu, Yanvar ayının 1-i ilə müqayisədə 830 milyon 600 min manat və ya 9,6% azdır.
Dekabrda əmanətlərin məbləği, dollarda olan vəsaitlərin yeni məzənnə ilə hesablanması nəticəsində artmış kimi görünürdü. Əslində real rtım olmamışdı.
Qeyd edək ki, əhali devalvasiya və bankların lisenziyalarının ləğv olunmasından sonra banklardan əmanətlərini çıxartmağa başlayıblar.
Əhalinin əmanətləri
Tarix | mln. AZN |
04.02.2016 | 8643,3 |
01.01.2016 | 9473,9 |
01.12.2015 | 7089,5 |
01.11.2015 | 7172.9 |
01.10.2015 | 7311.8 |
01.09.2015 | 7320.3 |
01.08.2015 | 7605.1 |
01.07.2015 | 7653.6 |
01.06.2015 | 7601.1 |
01.05.2015 | 7717.2 |
01.04.2015 | 7781.6 |
01.03.2015 | 7932.7 |
01.02.2015 | 7121.3 |
01.01.2015 | 7188.3 |