Azərbaycanın axtarışa verdiyi türkiyəli iş adamı tutulub.
Azərbaycanda dələduzluq etdiyinə görə barəsində axtarış elan olunmuş Türkiyə vətəndaşı, 1979-cu il təvəllüdlü Cem Ersoy Selçuk ötən gün Heydər Əliyev Aeroportunda Azərbaycana gələrkən saxlanılıb. Cem Ersoy Selçuk Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, 300 min manatlıq dələduzluqda təqsirləndirilir.
(apa)