Suriyada Lazkiyə yaxınlığındakı Sonovber Cible bölgəsində bomba daşıyan yük avtomobili ilə Rusiya hərbçilərinə hücum olub. Hücumu “Ahraruş Şam və Beyan Hareketi” adlı qruplaşma təşkil edib.
Qruplaşmanın saytında yerləşdirilən məlumata görə, hücum hazırlığı 2 həftə davam edib. Hazırlıqdan sonra ötən bazar bomba yüklü avtomobil Lazkiyənin 15 kilometr uzaqlığında Rusiya ordusunun ən önəmli hərbi mərkəzlərinin biri olan Sonovber Cible bölgəsinə daxil ola bilib. Avtomobil rus generalların toplantısı zamanı partladılıb. Nəticədə xeyli sayda rus general ölüb və yaralanıb.
Məlumatı Türkiyə KİV yayıb.